YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Xocalı soyqırımının dünyada tanınması istiqamətində bundan sonra da işlər davam edəcək

«Xocalı soyqırımı bütövlükdə XX əsrdə bütün bəşəriyyətin üzləşdiyi ən dəhşətli faciəli hadisələrdən biridir». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Xocalıda insanların azərbaycanlı və müsəlman olduğuna görə qətlə yetirilməsi məhz soyqırımı anlamına gəlib çıxır. Onun sözlərinə görə, Xocalı hadisəsi bütün dünyada əks- səda verdi və bu faciəyə hüquqi, siyasi qiymət Ümumilli Lider Heydər Əliyevin respublikada ikinci dəfə hakimiyyətə gəlişindən sonra reallaşdı.

«Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət” kampaniyası nəticəsində dünya ermənilərin törətdiyi bu qətliam haqqında daha geniş məlumata sahib olur.

«Şübhəsiz ki, Xocalı soyqırımının dünyada tanınması istiqamətində bundan sonra da işlər davam edəcək və cənab Prezident İlham Əliyevin sərəncamları ilə Xocalı soyqırımı hər il ölkə daxilində və xaricində Azərbaycanın səfirlikləri, diaspora təşkilatları, ölkəmizə dost olan dövlətlərin parlamentləri, hökumətləri tərəfindən anılır. Bundan əlavə, soyqırımı qurbanlarının xatirəsinin əbədliəşdirilməsi, şəhid olmuş ailələrin övladlarına dövlət tərəfindən pensiya və müavinətlərin verilməsi, onların övladlarının təhsili, müalicəsi, reblitasiyası, işlə təminatı dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilir. Bütün bunlar ölkə rəhbərliyinin, cəmiyyətin bu soyqırımı aktına münasibətinin bir ifadəsidir»- deyə, M.Quliyev vurğulayıb.