YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstanın sabiq Prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək

Prezident səlahiyyətlərini bu il yanvarın 22-də başa vuran Bolqarıstanın 5-ci Prezidenti Rosen Plevneliev V Qlobal Bakı Forumunda sabiq dövlət başçısı qismində iştirak edəcək. R.Plevnelievin Forumun “Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış” mövzusunda keçiriləcək iclasda çıxışı nəzərdə tutulub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, sabiq Prezident Rosen Plevneliev ölkəsinə rəhbərlik etdiyi müddətdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx əməkdaşlıq edib. III və IV Qlobal Bakı forumlarında iştirak edən keçmiş R.Plevnelievin himayəsi ilə 2015-ci ilin oktyabrında Sofiyada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “Avropanın qonşuluq və əməkdaşlığında yeni baxış” mövzusuna həsr olunan 6-cı Ali səviyyəli toplantısını keçirib. Bundan başqa, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində Mərkəzin rəhbərliyi və üzvləri ilə görüşlər keçirən R.Plevneliev dəfələrlə təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.