YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Hər bir azərbaycanlı Xocalı qətliamının dünyada tanıdılması işində iştirak etməlidir

«Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı törədilən ən qanlı cinayətlərdən biridir. Ötən illər ərzində soyqırımının dünyada tannıması istiqamətində ardıcıl olaraq tədbirlər görülüb. 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk günlərdən Xocalı soyqırımını gündəmə gətirildi. İlk dəfə Ulu öndərimizin rəhbərliyi ilə Milli Məclisdə 1994-cü ilin fevralın 24-də Xocalı faciəsinə siyasi qiymət verildi. Bundan 3 il sonra Ulu öndər Heydər Əliyevin tapşırığı ilə istintaq materialları əsasında Ali Məhkəmənin hərbi tribunalında iki aydan artıq məhkəmə prosesi getdi. Bu da Xocalı soyqırımına verilən hüquqi qiymət idi». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu mərhələdən sonra isə əsas hədəfimiz Xocalı soyqırımının dünyada tanınması oldu. Onun sözlərnə görə, biz çalışmalıyıq ki, Xocalı soyqırımı dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən özünün huquqi və siyasi qiymətini alsın.

«Azərbaycan Prezidenti İlham Əliyev Xocalıda baş verənlər qətliamın dünya miqyasında soyqırımı kimi tanıdılması istiqamətində mühüm işlər görür. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan «Xocalıya ədalət» kampaniyası böyük effekt verir. Bu kampaniya çərçivəsində hər il dünyanın bir çox dövlətlərində tədbirlər keçirilir, insanlığa qarşı olan bu qətliam beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bu, əvəzolunmaz fəaliyyətdir. Təbii ki, həyata keçirilən bu sistemli tədbirlər nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıblar. Amma bu məsələ hansısa qurumun işi deyil. Bu, ümumxalq məsələsidir və hər bir azərbaycanlı Xocalı qətliamının dünyada tanıdılması işində iştirak etməlidir. Bununla da, hər birimiz bu soyqırımın tanıdılması, ermənilərin iç üzünün açılması üçün çalışmalıyıq»- deyə, E.Məmmədov qeyd edib.