YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 10 evə və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçiriblər. Ümumilikdə 1485 qəlpə, 3 ədəd “TM-62P3” minasının gövdəsi və piyada əleyhinə “OZM-72” minası aşkarlanaraq götürülüb. Nəticədə 121 min 400 kvadratmetr ərazi (95 min 900 kvadratmetr əl ilə, 13 min 500 kvadratmetr mexaniki üsulla və 12 min kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

ANAMA-dan bildiriblər ki, 20 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 57 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. Altı partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik minaatan mərmisi “OF-832”, 2 ədəd 120 millimetrlik minaatan mərmisi “OF-843” və 1 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket “PQ-7VL”) və 1 piyada əleyhinə “OZM-72” mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 448 min 459 kvadratmetr ərazi (203 min 609 kvadratmetr əl ilə, 109 min 300 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 22 min 550 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Yanvarın 1-dən fevralın 23-dək agentlik tərəfindən Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 61 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib. Baxış zamanı 1962 partlamamış hərbi sursat, 34 ədəd tank və 3 piyada əleyhinə minalar aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 477 min 553 kvadratmetr ərazi (232 min 703 kvadratmetr əl ilə, 109 min 300 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı ilə və 22 min 550 kvadratmetr isə minaaxtaran itlərlə) yoxlanılıb.