YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Xocalı soyqırımı xalqımıza qarşı həyata keçirilən işğalçılıq, etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsidir

Xocalı soyqırımı xalqımıza qarşı həyata keçirilən işğalçılıq, etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsidir.

Bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün parlamentdə Xocalı soyqırımı ilə bağlı keçirilən plenar iclasda deyib. /Trend/

O qeyd edib ki, bu siyasətin 200 ildən artıq tarixi var: “Bunun təşkilatçıları bölgədə öz maraqlarını həyata keçirməyə çalışan bəzi kənar qüvvələr, icraçıları isə erməni şovinistləri olub. Təəssüf ki, müəyyən dövrə qədər erməni şovinistləri havadarlarının dəstəyindən istifadə edərək öz çirkin məqsədlərinə nail ola bilmişlər. Ötən əsrdə yüz minlərlə günahsız azərbaycanlı qətlə yetirilib, Azərbaycanın əzəli torpaqları olan İrəvan, Göyçə, Zəngəzur mahallarında və digər ərazilərində erməni dövləti qurulub, Qarabağda ermənilərə əsassız olaraq müxtariyyət verilib. 25 ildir ki, Azərbaycan ərazisinin 20 faizi erməni işğalı altındadır, bir milyondan artıq insan öz dogma yurdlarından didərgin düşüb”.

O.Əsədov vurğulayıb ki, işğalçılıq müharibəsinin gedişində azərbaycanlılara qarşı bir neçə soyqırım cinayəti törədilib, Xocalı soyqırımı isə miqyasına görə ən dəhşətlisi olub.

Spiker bildirib ki, bu vəhşiliyi törətmiş cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcəklər və öz cəzalarını alacaqlar, Azərbaycan gec-tez işğal edilmiş ərazilərini azad edəcək.