YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Numan Kurtulmuş: Beynəlxalq ictimaiyyət Xocalı qətliamına biganə qalmamalıdır

Beynəlxalq ictimaiyyət 1992-ci il fevralın 26-da Xocalıda törədilən və insanlığa sığmayan qətliama biganə qalmamalıdır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməlidir.

Bunu Türkiyə Respublikası Baş nazirinin müavini Numan Kurtulmuş deyib.

Erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri soyqırımını nifrətlə qınadığını vurğulayan N.Kurtulmuş bu faciəni unutmadıqlarını və heç vaxt unutmayacaqlarını qeyd edib. Hər fürsətdə əsassız erməni iddialarını təbliğ etməyə çalışan Qərb dünyasının XX əsrin ən qanlı qətlimlarından olan Xocalı soyqırımına qiymət vermədiyini diqqətə çatdıran Baş nazirin müavini deyib: “Beynəlxalq ictimaiyyət 1992-ci il fevralın 26-da Xocalıda törədilən və insanlığa sığmayan bu qətliama artıq biganə qalmamalıdır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməlidir. Türkiyə və Azərbaycan xalqı “Bir millət, iki dövlət”in vətəndaşları olaraq, kədərli günümüzdə də, sevincli günümüzdə də bir-birimizin yanında olacaq, qardaşlığımızı sonsuzadək davam etdirəcəyik. Azərbaycanlı qardaşlarımızın kədərinin bizim kədərimiz olduğunu xatırladır, Xocalı şəhidlərinin xatirəsini bir daha dərin ehtiramla anıram”.