YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilir

Fevralın 24-də Bakıda “Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilir.

Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan konfransda hər iki ölkənin parlamentariləri, ekspertlər iştirak edirlər.

Əvvəlcə tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov bildirib ki, tədbirin məqsədi ötən 25 il ərzində ölkələrimiz arasında əlaqələrin inkişafı, habelə əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələlərini müzakirə etməkdir. O qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri qlobal əhəmiyyət daşıyır. Bu yaxınlarda ABŞ və Rusiya qərargah rəislərinin görüşünün məhz Bakıda keçirilməsi bunun bariz nümunəsidir.

Tədbir mövzu ətrafında çıxışlarla davam edir.