YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İslam Konfransı Gənclər Forumu: Mehriban Əliyeva yeni vəzifədə Prezident İlham Əliyevin uğurlu siyasət kursuna yeni töhfələr verəcək

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq təşkilat olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF), təşkilata üzv müsəlman ölkələri gəncləri adından Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edib.

DƏ-İKGF-dən verilən məlumata görə, Gənclər Forumunun sədri Elşad İskəndərov tərəfindən göndərilən təbrik məktubunda bu münasibətlə qurumun İdarə Heyətinin ən səmimi təbrikləri ifadə olunur:

"Sizin Azərbaycanın və Azərbaycan xalqının müxtəlif sahələrdə inkişafı üçün apardığınız və dünyada Sizə dərin hörmət və nüfuz qazandırmış gərgin fəaliyyət və əməyiniz yeni vəzifədə də Prezident İlham Əliyev cənablarının uğurla həyata keçirdiyi daxili və xarici siyasət kursuna yeni töhfələr verəcəyinizə tam əminlik yaradır. Yüz minlərlə İƏT gəncləri adından DƏ-İKGF-nin fəaliyyətlərinə göstərilən qayğı üçün Sizə bir daha təşəkkürümüzü bildirərək, yeni fəaliyyət mərhələnizdə Azərbaycan və İƏT gəncliyinin inkisafı, mədəniyyətlərarası dialoq və beynəlxalq sülhün möhkəmləndirilməsi sahəsində Sizin fəaliyyətinizi hər zamankı kimi dəstəkləməkdən qürur duyacağıq".