YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahmud Vaezi: İran ilə Azərbaycanı mədəni, dini və tarixi bağlar birləşdirir

İran ilə Azərbaycanı mədəni, dini və tarixi bağlar birləşdirir. Bu xüsusiyyətlərdən əlaqələrin daha da inkişaf etdirilməsi üçün istifadə etmək lazımdır.

Bu sözləri İranın rabitə və informasiya texnologiyaları naziri, İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi deyib.

Nazir bildirib ki, ötən üç ildə İran və Azərbaycan prezidentləri yeddi dəfə görüşüblər. Gediş-gəliş üçün viza rejiminin sadələşdirilməsini, tranzit taarifinin 160 dollardan 100 dollara endirilməsini və əmtəə məhsullarının rəqabət müstəvisinə keçməsini indiyədək əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən uğurlu tədbirlər kimi qiymətləndirən M.Vaezi qeyd edib ki, bütün bunlar İran və Azərbaycan prezidentlərinin görüşlərinin bəhrələridir.