YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər müsbət nəticəsini verir

“Xocalı soyqırımından 25 il keçsə də, bu faciə heç vaxt unudula bilməz. Çünki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir". Bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentdə Xocalı soyqırımı haqqında  məruzəsi zamanı deyib. 

Faciə zamanı dinc əhalinin vəhşicəsinə, kütləvi şəkildə qətlə yetirildiyini deyən birinci vitse-spiker bildirib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək üçün Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı soyqırımı cinayətləri törədilib: "Xocalıdan əvvəl azərbaycanlıların yaşadığı kəndlərin işğalı zamanı əhalinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütkləvi şəkildə qətlə yetirilməsi planı Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən qabaqcadan hazırlanıb. Xocalıda törədilən dəhşətli cinayət nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubuiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götrülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu barədə beynəlxalq təşkilatlara da məlumat verilib”. 

Faciənin dünyada tanıdılması ilə bağlı hazırda ölkəmizdə görülən işlərdən  söz açan Z.Əsgərov qeyd edib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir: “Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir”.