YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş ənənəvi anım konserti keçirilib

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş ənənəvi anım konserti keçirilib.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, ölkəmizin və Britaniyanın hökumət, dövlət və ictimaiyyət nümayəndələri, burada yaşayan həmvətənlərimiz, müxtəlif universitetlərin tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən TEAS-ın direktoru Lionel Zetter Xocalı soyqırımı haqqında məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən L.Zetter münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, minlərlə insanın amansızcasına qətlə yetirildiyini diqqətə çatdırıb. O, ədalətin tezliklə bərpa ediləcəyinə inandığını vurğulayıb.

Anım konsertində azərbaycanlı skripkaçılar Səbinə Rakçeyeva, Nəzrin Rəşidova, Rafiq Rüstəmov (tar), Ayan Salahova və Günel Mirzəyeva (piano), Camal Əliyev (çello), Selcan Nəsibli (soprano) və Anna Qaqanenin (klarnet) ifasında Qərb və Azərbaycan klassik musiqiləri səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv