YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vyetnamlı gənc: Xocalı soyqırımının təşkilatçılarından olan Serj Sarkisyan prezident kürsüsündə əyləşmək əvəzinə həbs olunmalıdır

Azərbaycanın Vyetnamdakı səfirliyi Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar vyetnamlı gənclər arasında “Xocalı soyqırımı. 25 illik cəzasızlıq” mövzusunda esse müsabiqəsi keçirib.

Müsabiqə vyetnamlı gənclər tərəfindən maraqla qarşılanıb və ölkənin müxtəlif bölgələrindən səfirliyə yüzdən çox esse təqdim olunub. Münsiflər heyətinin qərarı ilə müsabiqənin qalibi birinci kurs tələbəsi Nquyen Thi Lan Phuonq elan olunub.

Səfirlikdən bildiriblər ki, Nquyen Thi Lan Phuonq essesində Azərbaycana məxsus olan Dağlıq Qarabağ bölgəsində Ermənistanın etnik təmizləmə siyasəti apardığını vurğulayıb. O, beynəlxalq hüquq normalarına istinad edərək, Xocalı qətliamının məhz soyqırımı olduğunu bildirib. Müsabiqənin qalibi essesində qeyd edib ki, Xocalı soyqırımının təşkilatçılarından olan Serj Sarkisyan hazırda prezident kürsüsündə əyləşmək əvəzinə həbs olunmalıdır.

Vyetnamlı tələbə Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunalın təsis olunmasını və soyqırımın törədilməsinə rəhbərlik edən şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.

Nquyen Thi Lan Phuonq, həmçinin Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında “Xocalıya ədalət!” kampaniyasının fəaliyyətinə də toxunub. O, XX əsrin ən dəhşətli müharibələrindən birini yaşamış vyetnamlıların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının dəyərini çox yaxşı anladıqlarını qeyd edib. Vyetnamlı gənc Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınmasının, cinayətkarların cəzalandırılmasının və nəhayət sülhün bərqərar olmasının vacibliyini vurğulayıb.