YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: İnanırıq ki, ordumuz işğal altında olan bütün torpaqlarımızı, o cümlədən Xocalını azad edəcək

«1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda törədilən soyqırımı bəşər tarixinə ən qanlı faciələrdən biri kimi yazılıb». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində mühüm işlər görülür. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan həqiqətlərinin dünyanın hər yerində yayılır.

«Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğatının iç üzü artıq ifşa olunub və dünya ictimaiyyəti Xocalı qətliamını soyqırımı kimi qəbul edir. Bu gün Azərbaycanın bölgədə həlledici söz sahibinə çevrilib. Ordumuz Ali Baş Komandanın əmrinə hər an hazırdır. İnanırıq ki, ordumuz işğal altında olan bütün torpaqlarımızı, o cümlədən Xocalını azad edəcək»- deyə, M.Qasımlı vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv