YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov: "Xocalıya ədalət" Xocalıya qayıdış kampaniyasına çevriləcək

"Xocalıya ədalət" Xocalıya qayıdış kampaniyasına çevriləcək. İnanıram ki, müvəqqəti itirilən torpaqlara böyük qayıdış baş verəcək".

Bunu bu gün Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov deyib: "Biz bu problemi ordumuzun gücü, iradəmiz hesabına həll etmək itiqadarındayıq. Hər keçən gün bu gücün daha da artmasına şahid oluruq. Nəticədə haqsızlıq, ədalət aradan qalxacaq". /Trend/

Əli Əhmədov çıxışında bildirib ki, dünya hələ də Xocalı faciəsinə, ermənilərin törətdiyi biabırçılığa lazımi qiyməti verməyib: “Bəşəriyyət bundan iyrənc davranış görməyib. Xocalı göstərdi ki, həyat tərzi qan içməkdən ibarət olan ermənilər uşaq qatili də ola bilər. Ermənilər yırtıcıya xas olmayan xüsusiyyətlərə malikdirlər”.

Baş nazirin müavini qeyd edib ki, Ermənistan haqq-ədalət, hüquq qarşısında mütləq cavab verməlidir: “Bu, bizim əsas işimiz olmalıdır. Xocalı göz yaşları ilə anılmamalı, zəiflik əlaməti kimi ortaya çıxmamalıdır. Biz torpaqlarımızı, tariximizi daha qətiyyətlə qorumalı, qara qüvvələrin qəsd etməsinə imkan verməməliyik”.

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, faciədən 25 il keçməsinə baxmayaraq hələ də bu hadisə unudulmayıb: “Bugünkü tədbirdəki kədər hissi xalqımızın məsuliyyət hissindən doğur. Əlbəttə, biz xalqın həyatına cavabdehlik üçün mandat almışıqsa, onların problemlərinin həllini vəzifələrimizin önündə görməliyik. Artıq ayrı-ayrı ölkələr, ABŞ-ın 23 ştatı Xocalını soyqırım kimi tanıyıb. Yeni Azərbaycan Partiyası Xocalının tanıdılması istiqamətində öz səylərini göstərir”.

Ötən gün Milli Məclisdə Xocalı soyqrımının 25 illiyi ilə bağlı qərar layihəsinin qəbul edildiyini deyən B.Muradova dünya bu təhlükələrə qarşı gücünü birləşdirməyi bacarmadı, bu gün də bacarmır: “Azərbaycan bu günə qədər apardığı siyasətini davam etdirərək öz torpaqlarını işğaldan azad edəcək. Biz bu siyasəti dəstəkləməliyik”.

DİGƏR Xəbərlər Arxiv