YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minsk qrupunun həmsədrləri təmas xəttindəki son gərginliklə bağlı narahatlıqlarını ifadə edən bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son gərginliklə bağlı narahatlıqlarını ifadə edən bəyanat yayıblar.

ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan müdafiə nazirlikləri, eləcə də digər mənbələrin məlumatlarına əsasən fevralın 25-də səhər saatlarında qoşunların təmas xəttində insan tələfatı ilə müşayiət olunan atəşkəs rejiminin ciddi şəkildə pozulması qeydə alınıb. Çoxlu sayda cəsəd neytral zonada qalıb və tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Həmsədrlər tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə, ağır silahlardan istifadəni dayandırmağa və ATƏT sədrinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq meyitlərin götürülməsinə şərait yaratmağa çağırıblar.

Həmsədrlər, həmçinin tərəflərə güc tətbiq etməmək barədə öhdəliklərini xatırladıblar.