YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Qərəzli yanaşmalar düşmən üzərində qələbə naminə görülən işlərə kölgə salır

Hər dəfə cəbhə xəttində vəziyyətin gərginləşdiyi hallarda bəzi elektron media resurslarında və sosial şəbəkələrdə şəhidlərimiz, onların ailə üzvləri, ön xətdə xidmət edən hərbi qulluqçular və ümumiyyətlə cəbhəboyu zonadakı vəziyyətlə bağlı qərəzli, xoşagəlməz yazıların dərc edilməsi və şərhlərin paylaşılması müşahidə edilir.

Bu fikir son günlər bəzi elektron media resurslarında və sosial şəbəkələrdə şəhidlərimiz, onların ailə üzvləri, ön xətdə xidmət edən hərbi qulluqçular və ümumiyyətlə, cəbhəboyu zonadakı vəziyyətlə bağlı yazılanlara münasibət bildirən Müdafiə Nazirliyinin daxil olan məlumatında qeyd edilib.

Məlumatda diqqətə çatdırılıb ki, Silahlı Qüvvələrimizin əsgərindən tutmuş generalınadək hər bir şəxs ön xətdə, əmrlə ona tapşırılmış istiqamətdə, səngərlərdə, mövqelərdədir və bu məsələdə heç bir ayrı-seçkiliyə yol verilmir. Orduda, xüsusilə də cəbhədə xidmət edən hərbi qulluqçuların yerdəyişməsi rotasiya qaydasında, mütəmadi olaraq, planlı şəkildə və növbəli surətdə həyata keçirilir.

“Şəhidlərin ailə üzvlərinin hisslərinə və ön xətdə xidmət edən hərbi qulluqçuların mənafeyinə toxunan belə qərəzli yanaşmalar düşmən üzərində qələbəmiz naminə görülən işlərə kölgə salır və ümumi məqsədimizə xələl gətirməklə yanaşı, erməni təbliğatının maraqlarına xidmət etmiş olur”, - deyə nazirliyin mətbuat xidmətinin məlumatında vurğulanıb.