YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il 196,5 min yeni iş yeri açılıb

Regionların sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramının icrasını əhatə edən 2014-cü il yanvarın 1-dən bu il yanvarın 1-dək olan dövr ərzində Azərbaycanda 351,1 mini daimi olmaqla, ümumilikdə 439,7 min iş yeri yaradılıb.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, 2016-cı il ərzində ölkədə 196,5 min yeni, o cümlədən 154,9 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 69,3 faizi qeyri-dövlət sektorunda yaradılıb. Yeni iş yerlərinin 24,9 faizi Bakı şəhərinin, 1,5 faizi Naxçıvan Muxtar Respublikasının, 73,6 faizi regionların payına düşüb. Daimi iş yerlərinin 9,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 18,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,8 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 71,3 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 4,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,0 faizi tikinti, 3,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 2,9 faizi emal sənayesi, 2,5 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı, 1,6 faizi peşə, elmi və texniki fəaliyyət, 1,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 5,7 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.