YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: «İslam həmrəyliyi ili» çərçivəsində ölkəmiz bütün dünyaya milli-mənəvi dəyərlərini daha geniş təbliğ edə biləcək

«2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi "Multikulturalizm İli"nin məntiqi davamıdır». Bu fikri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki,  İslam həmrəyliyi yalnız İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Onun sözlərinə görə, dövlətimizin başçısının Azərbaycanı bu ideyaların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti  dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətlidir.

«Bu, həmçinin dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır. Azərbaycanın zəngin mədəni irsinin, tolerantlıq ənənələrinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Dünyada qloballaşmanın yayıldığı zamanda bu prosesə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Hesab edirəm ki, «İslam həmrəyliyi ili» çərçivəsində ölkəmiz bütün dünyaya milli-mənəvi dəyərlərini daha geniş təbliğ edə biləcək»- deyə, D.Cəbrayılova qeyd edib.