YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hurriyet Daily News: Danışıqların iflası ərazi bütövlüyünün bərpası üçün hərbi yolu yeganə imkana çevirə bilər

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tez-tez işlənən “dondurulmuş münaqişə” termini insanları yanıldır.

Bu barədə doktor Nəcibə Mustafayeva “Hurriyet Daily News” qəzetində dərc olunan məqaləsində yazır.

Müəllifin fikrincə, 2016-cı ilin aprelində qeydə alınmış eskalasiya bu münaqişənin “dondurulmuş” olması barədə mifləri puç etdi və bu döyüşlər göstərdi ki, status-kvo artıq dəyişib.

N.Mustafayeva yazır ki, bu gün sülh danışıqlarında hər hansı bir uğursuzluq yeni gərginliyin yaranması riskini artırır: “Rəsmi Yerevanın danışıqlardan imtina etməsi Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etmək və qaçqınları evlərinə qaytarmaq məqsədilə yeganə variant olaraq güc yoluna baş vurmağa məcbur edə bilər”.

Müəllif qeyd edir ki, çoxsaylı BMT qətnamələri işğalçı qüvvələrin Azərbaycan ərazilərinin qeyd-şərtsiz tərk etməsini tələb etsə də, bunlar kağız üzərində qalmaqda davam edir.