YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadi Əməkdaşlıq Təşkilatının Bəyannaməsi: Ermənistan-Azərbaycan münaqişəsi regionun inkişafına əngəl yaradır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi tərəqqisinə və onun iqtisadi potensialının tam reallaşmasına, əməkdaşlığın həm regional, həm də daha geniş səviyyədə inkişafına əngəl yaradır.

Bu fikir Pakistan İslam Respublikasının paytaxtı İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitinin yekun Bəyannaməsində öz əksini tapıb.

Bəyannamədə İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda mövcud olan həll edilməmiş münaqişələrdən, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlıq bildirilir. Üzv ölkələr, həmçinin bu münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında ən tez zamanda həll edilməsi istiqamətində səylərin artırılmasının vacibliyini qeyd ediblər.