YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda gənc alim və mütəxəssislərin birinci beynəlxalq elmi konfransı olacaq

Bu il oktyabrın 15-16-da Bakıda Neftçilər Gününə həsr olunan “Fundamental və tətbiqi elmlərin (yer, texnika və kimya) aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin birinci Beynəlxalq elmi konfransı keçiriləcək.

AMEA və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə təşəbbüsü, şuranın təşkilatçılığı ilə keçiriləcək tədbirdə 50-dən çox ölkədən gənc alimlərin iştirakı gözlənilir.

Konfrans çərçivəsində çıxışlar texnika, Yer və kimya elmləri üzrə multidissiplinar xarakterli 10 elmi istiqamətdə qruplaşdırılıb. Təşkilat komitəsi seçim zamanı fənlərarası elmlərin qovşağında aparılan tədqiqatların nəticələrini özündə əks etdirən tezislərə üstünlük verəcək.