YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyəli deputat: Xocalı faciəsini törədənlər tarix qarşısında məsuliyyət daşıyırlar

Xocalı faciəsi XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir. Bu faciəni törədənlər tarix və beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyırlar.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa İsen bildirib. Deputat deyib: “Xocalıda qoca, qadın, uşaq olmasının fərqinə varmadan dinc əhaliyə qarşı amansız cinayət törədilib. Günahsız insanlara divan tutulub. Böyük bir şəhər yerlə-yeksan edilib. Kimliyindən asılı olmayaraq, bu cinayətin təşkilində və icrasında iştirak edənlər mühakimə olunmalıdırlar. Bir nəfəri qətlə yetirən şəxs insanlığa qarşı cinayət etmiş olur. Xocalıda isə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib. Bu vəhşilik Xocalı sakinlərinin məhz müsəlman və türk olduqları üçün amansızcasına törədilib. Xocalıda neçə-neçə ailənin kökü kəsilib. Ailələr başsız, uşaqlar yetim qalıb. Dünya birliyi bu cinayəti törədənləri bağışlaya bilməz. Buna göz yummağa və yaxud güzəşt etməyə heç kimin haqqı yoxdur”.