YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Rusiya arasında siyasi- iqtisadi, humanitar sahələrdə əlaqələr sürətlə inkişaf edir

Rusiyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kreml divarları önündə Naməlum əsgərin abidəsi önünə əklil qoyub, Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini yad edib.

Sonra nazir Rusiya hökuməti sədrinin müavini, Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri Dmitri Roqozinlə görüşüb.

Görüşdə ölkələrimiz arasında siyasi- iqtisadi və humanitar sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyi bildirilib, əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Tərəflər bir sıra sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.