YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Los-Ancelesdə Azərbaycan-ABŞ diplomatik əlaqələrinin 25 illiyinə həsr olunan poçt markası buraxılıb

Azərbaycan ilə ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə ABŞ-ın Los-Anceles şəhərində müvafiq poçt markası buraxılıb.

ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks olunub, “Azərbaycan–ABŞ. 25 illik dostluq. 1992-2017” sözləri qeyd edilib.

Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

Baş konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.

 

DİGƏR Xəbərlər Arxiv