YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mladen İvaniç: Bosniya və Herseqovina Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir

Bosniya və Herseqovina suverenlik və ərazi bütövlüyü məsələlərində Azərbaycanın mövqeyini dəstəkləyir.

Bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç deyib.

M.İvaniç qeyd edib ki, Bosniya və Herseqovina Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş çoxtərəfli fəaliyyəti, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir.

Rəyasət Heyətinin sədri onu da xatırladıb ki, 2013-cü ilin əvvəllərində Bosniya və Herseqovina Parlament Assambleyasının hər iki palatası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi barədə qətnamə qəbul edib.