YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in Azərbaycandakı nümayəndəliyi: Ermənistan münaqişə bölgəsindəki vəziyyətdən sui-istifadə etməklə, danışıqlardan imtina etməsinə bəraət qazandırmaq istəyir

Azərbaycanın nümayəndə heyəti ATƏT Daimi Şurasının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli qarşısında dayanan çağırışlara yönəldib.

Bu barədə ATƏT-in Azərbaycandakı daimi nümayəndəliyinin Daimi Şuraya təqdim olunmuş bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, təəccüblü olsa da, münaqişənin həlli ilə bağlı irəliləyiş ötən il, eskalasiyadan sonrakı müddətdə daha perspektivli görünürdü: “2016-cı ilin may və iyun aylarında biz həmsədrlərin vasitəçilik səylərinin gücləndiyinin şahidi olduq”.

Bundan başqa bildirilir ki, Ermənistan münaqişə bölgəsindəki vəziyyətdən sui-istifadə etməklə, danışıqlardan imtina etməsinə bəraət qazandırmaq istəyir: “Ermənistanın danışıqlardan ciddi cəhdlə boyun qaçırması yerlərdə təxribatçı fəaliyyətlə müşayiət olunur. Yüksək səviyyəli hərbi-siyasi rəhbərliyin revanşist açıqlamaları, hərbi təlimlərin fəallaşması və münaqişə zonasında silahlanmanın artması və qoşunların qarşıdurma xəttində hərbi təxribatlar açıq-aşkar onu göstərir ki, Ermənistan münaqişənin həll olunmasında maraqlı deyil”.

DİGƏR Xəbərlər Arxiv