YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri ilə görüş keçirilib

Martın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ABŞ-ın müxtəlif ştatlarında çoxsaylı tədbirlər təşkil edən, antisemitizmə və islamofobiyaya qarşı mübarizə aparan yəhudi və müsəlman qadınlardan ibarət “Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri ilə görüş keçirilib.

DQİDK-nın sədri Mübariz Qurbanlı qonaqlara Azərbaycandakı multikultural və tolerant mühit barədə məlumat verib. Bildirib ki, ölkəmizin müxtəlif bölgələrində yaşayan xalqların, milli azlıqların adət-ənənələrinə hörmətlə yanaşılır və onların rahat yaşamaları, dini ayinlərini sərbəst icra etmələri üçün hər cür şərait yaradılıb. O, Azərbaycanda heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma hallarına rast gəlinmədiyini, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, dini münasibətlərin mövcud olduğunu qeyd edib.