YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 25-ci ildönümü münasibətilə Qoşunların bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə iki nəfər (bir nəfər ölümündən sonra) “Vətən uğrunda”, iki nəfər (ölümündən sonra) “İgidliyə görə”, 16 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.