YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Ölkəmizin informasiya təhlükəsizliyi üçün internet məkanının da tənzimlənməsi zəruridir

«Azərbaycanın həm daxilində, həm də ölkədən kənarda bəzi dairələr “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri məhdudlaşdırma kimi qiymətləndirməkdə maraqlıdırlar». Bu fikri Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

 

Ə.Amaşov bildirib ki, dünyanın bir çox qabaqcıl ölkələrində internet hüquqi münasibətlər sistemində çıxış edir. Onun sözlərinə görə, bu o deməkdir ki, internet məkanı virtuallıqdan reallıq müstəvisinə daxil olub.

«Nəticədə konkret məsuliyyət növləri müəyyənləşib. Azərbaycanda eyni proses gedir və getməlidir. Əlbəttə ki, müəyyən məsələlər var ki, onları mübahisələndirmək olar. Çünki mahiyyətcə bu sahə yenidir, dinamikdir, hər zaman nəyinsə müzakirəsinə ehtiyac var. İndiki dövrdə unutmamalıyıq ki, biz müharibə şəraitində yaşayırıq. Ölkəmizin informasiya təhlükəsizliyi üçün internet məkanının da tənzimlənməsi zəruridir. Hər kəs əmin olsun ki, bu dəyişikliklər heç də söz və ifadə azadlığının məhdudlaşdırılması demək deyil. Biz bunu hər zaman bildirmişik ki, internetin inkişafının ortaya çıxardığı mənzərə əsasən internet media orqanlarının timsalında özünü göstərir»- deyə, Ə.Amaşov qeyd edib.