YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maksim Şevçenko: Ermənistanın həyata keçirdiyi etnik təmizləmələr diqqətdən kənarda qalmamalıdır

Ermənistan tərəfindən həyata keçirilən deportasiyalar və etnik təmizləmələr diqqətdə kənarda qalmamalıdır.

Bunu Rusiya Federasiyasının prezidenti yanında Vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları birliyinin, prezident yanında İctimai Palatanın üzvü Maksim Şevçenko bu gün Bakıda keçirilən “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” adlı beynəlxalq elmi-praktik konfransda deyib.

O xatırladıb ki, Qarabağdan və Ermənistandan yüz minlərlə azərbaycanlı qovulub.

M.Şevçenko qeyd edib ki, Qafqaz üç keçmiş imperiya – Osmanlı, Fars və Rusiya imperiyalarının mübarizə meydanında yerləşir və onlardan hər biri hesab edir ki, bu torpaqlara nəzarət etmək hüququ var. Onun sözlərinə görə, dünyada bu cür nümunələr çoxdur. Balkan bölgəsi də belə regionlardandır.

O bildirib ki, Qafqaz üçün bu üç ölkədən birinin tərkibinə və ya bölgədə aktiv iştirak edən Avropa İttifaqına daxil olmaq həll yolu deyil: “Bu cür addımlar yalnız münaqişələrə səbəb ola bilər. Bu isə Qafqaz reallıqlarına uyğun deyil”.

Azərbaycan barədə danışan M.Şevçenko qeyd edib: "Azərbaycan çoxmillətli dövlətdir və bütün yaşananlara baxmayaraq, müharibəyə hazırlaşmır. Azərbaycan böyüyür, inkişaf edir, genişmiqyaslı tədbirlər keçirir. Bunu qonşu ölkələr barədə isə demək olmaz”.

O bildirib ki, əgər Ermənistanda “Daşnaksutyun” partiyası qalib gələrsə, müharibə bu ölkənin siyasi kursunun əsasını təşkil edəcək. Bu isə hamı üçün təhlükəlidir. M.Şevçenko həmçinin xatırladıb ki, Ermənistanın siyasi kursu səbəbi ilə ölkəni çox adam tərk edib.