YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi ölkəmizdə təhsil sahəsinə də ciddi ziyan vurub

Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycanın cəbhə bölgəsində yaşayan şagirdləri hədəfə alır.

Bunu təhsil naziri Mikayıl Cabbarov AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu gün Bakıda keçirilən iclasında deyib.

M.Cabbarov bildirib ki, 1994-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs əldə olunsa da, Ermənistan tərəfi daim atəşkəs rejimini pozur və bu zaman şagirdlərin hədəfə alınması geniş vüsət alıb: “Şagird Fariz Bədəlovun ermənilər tərəfindən snayper ilə qətlə yetirilməsi yadımızdadır. Ötən ilin aprel ayında erməni təxribatları nəticəsində də şagirdlər hədəfə alındı”.

M.Cabbarov vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi ölkəmizdə təhsil sahəsinə də ciddi ziyan vurub: “İşğal olunmuş ərazilərimizdə 700-ə qədər təhsil müəssisəsi dağıdılıb”.