YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aytən Mustafayeva: Azərbaycan daha fərqli bir münasibətə layiqdir

«Ukrayna hadisələrində separatçılara, onlara dəstək verən ölkəyə sanksiyalar tətbiq olunur, ancaq Azərbaycana qarşı 20 ildən artıqdır ki, təcavüzkar siyasət həyata keçirən işğalçı Ermənistana nəinki sanksiya tətbiq edilmir, ona bəzi ölkələr tərəfindən yardım edilir». Bu fikirləri AMEA-nın İnsan Hüquqları İnstititunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.

A.Mustafayeva bildirib ki, bu, onu göstərir ki, dünyada beynəlxalq hüquq yoxdur, güc, maraqlar var, amma yaddan çıxarırlar ki, bu maraqların, oyunların arxasında insan taleləri dayanır. Onun sözlərinə görə, Azərbaycan 20 il əvvəlki ölkə deyil.

 Azərbaycanın təbii sərvətləri, geostrateji mövqeyi ilə hər zaman maraq kəsb etdiyini vurğulayan A.Mustafayeva ölkəmizin böyük yolun ortasında keçid yox, birləşdirici amil olduğunu əlavə edib. Onun sözlərinə görə, Azərbaycan daha fərqli bir münasibətə layiqdir.

A.Mustafayeva vurğulayıb ki, elə beynəlxalq təşkilatlar var ki, yalnız mandatları çərçivəsində fəaliyyət göstərirlər: «NATO da belə təşkilatdır. Biz NATO-dan siyasi dəstək gözləyirik və ümid edirik ki, bu qurumda bizi başa düşəcəklər. Azərbaycan ötən illərdə özünü yaxşı bir tərəfdaş kimi göstərib».