YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şeyxülislam Allahşükür Paşazadə: İslam sülh, qardaşlıq, dostluq dinidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ili “İslam Həmrəyliyi İli” elan etməsi bütün Azərbaycan dindarları üçün böyük bir töhfədir.

Bu sözləri martın 15-də Bakıda “İslam həmrəyliyi - zamanın çağırışı” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

Beynəlxalq konfransın əhəmiyyətindən danışan QMİ sədri bildirib ki, konfrans irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda dünyada sülhə və onun qorunmasına xidmət edir. "Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi dünyada dinlərarası münasibətlərin düzgün qurulması, sabitliyin yaradılması üçün böyük bir vəsilə olacaq. Bu, həm də siyasi bir addımdır. Yaxın Şərqdə baş verən hadisələr, bütün Avropada və başqa ölkələrdə tüğyan edən anti-semitizm, islamofobiya meyilləri, çəkilən sərhədlər onu göstərir ki, bu addımları İslamın mahiyyətini anlamayanlar atırlar. Əslində İslam sülh, qardaşlıq, dostluq dinidir. İslam bütün dinləri qəbul edir, bütün dinlərlə qardaşlıq münasibətləri qurur. İslam bütün dinlərlə əməkdaşlıq etməkdədir. Azərbaycan bir nümunədir. Bu konfransın keçirilməsi və xarici qonaqların bura təşrif buyurması təqdirəlayiqdir”,- deyə şeyxülislam bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, ötən ilin ölkəmizdə “Multikulturalizm İli”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycan dindarları üçün mühüm töhfədir. Ulu öndər Heydər Əliyevin ocağından bəhrələn Prezident İlham Əliyevin atdığı bu addımlar Ümummilli Liderin uzaqgörən siyasətinin davamıdır.

Ermənilərin özlərini yazıq millət kimi dünyaya tanıdaraq, xristian dininin də yanlış müstəvidə təqdim etmələrinin təəssüf doğurduğunu deyən Allahşükür Paşazadə vurğulayıb: “Biz xristianlığın əleyhinə deyilik, biz heç bir dinin əleyhinə deyilik. Bütün dinlərlə əlaqə yaratmağın tərəfdarıyıq”.