YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan sivilizasiyalar və dinlər arasında körpü rolunu oynayır

Biz mədəniyyətlərarası dialoqa böyük töhfələr veririk. Bu gün burada demək olar ki, bütün qitələrdən nümayəndələr var. Bu da əllidən artıq ölkə, BMT-nin üzvlərinin yarısından çoxu deməkdir.

Bu fikirləri Prezident İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında söyləyib.

Azərbaycanın artıq dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdiyini bildirən dövlətimizin başçısı burada mədəniyyətlərarası və dinlərarası dialoq məsələsinin müzakirə olunduğunu vurğulayıb.

Dövlətimizin başçısı deyib: “Nəyə görə məhz Azərbaycan seçildi? Bu, sırf onunla bağlı deyil ki, biz bu təşəbbüsü ilk dəfə olaraq irəli sürmüşük. Bu, onunla bağlıdır ki, biz sivilizasiyalar və dinlər arasında körpü rolunu oynayırıq. Azərbaycandakı dini anlaşma, multikulturalizm, tolerantlıq mühiti bizi bu tədbirlərin mərkəzində qərarlaşdırır. Biz bu tədbirləri keçiririk və bu, bir hərəkatdır. Çünki hazırda dünyaya bu, lazımdır. Bəzi hallarda biz dialoqdan danışırıq, ancaq təcridolunmanı görürük, tolerantlıqdan danışırıq, amma insanlar arasında anlaşılmazlıqları görürük. Lakin Azərbaycana gəldikdə, bizim ölkəmiz mədəni körpü rolunu oynayır və bu, çox vacibdir. Ölkəmizin davamlı inkişafı, təhlükəsizliyi, sabitliyi göstərir ki, yalnız qarşılıqlı anlaşma ruhunda, multikulturalizm və dini dəyərlərə hörmətlə uğura nail olmaq mümkündür. Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir. Bu, bizim böyük zənginliyimizdir. Bu, bizim inkişaf yolumuzu göstərir. Özünütəcrid, dini və mədəni ədavət, dominantlıq mövqeyindən çıxış etmək, bütün bunların bumeranq təsiri olacaq”.