YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Dövlət Miqrasiya Xidməti əməkdaşlarının təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, jurnalistika sahəsində səmərəli fəaliyyətinə və miqrasiya orqanlarının inkişafında göstərdiyi xidmətlərə görə Füzuli İsmayılova “Əməkdar Jurnalist” fəxri adı verilib.

Bundan başqa, Dövlət Miqrasiya Xidmətinin iki əməkdaşı III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinə layiq görülüb.

Həmçinin xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, bir nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, Xidmətin 18 əməkdaşı isə “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunub.