YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Katerina Yuşşenko: “V Qlobal Forumda maraqlı müzakirələr aparılır”

Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonun xanımı Katerina Yuşşenko Bakıda Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilmiş V Bakı Qlobal Forum çərçivəsində AZƏRTAC-a verdiyi müsahibədə bu tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, forum dünyada baş verən proseslərin məşhur siyasətçilər və nüfuzlu ekspertlər tərəfindən səmərəli müzakirəsi üçün yaxşı imkan yaradır. Bu forum beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından xüsusi rol oynayır. Qlobal forum hər dəfə daha maraqlı, əlamətdar və əhəmiyyətli olur.

K.Yuşşenko deyib: “Üçüncü dəfədir ki, Bakı Qlobal Forumunda iştirak etmək üçün bu şəhərə gəlirəm. Bakıda Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilmiş “Beynəlxalq münasibətlərin gələcəyi: qüvvələr və maraqlar” mövzusunda V Bakı Qlobal Forumunda maraqlı müzakirələr aparılır. Forumun hər bir iştirakçısı Bakıya məmnuniyyətlə gəlir. Bakı şəhəri hər dəfə əvvəlkindən daha gözəl görünür”.

DİGƏR Xəbərlər Arxiv