YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Ermənistanın təcavüzkar hərəkətlərinə dünya birliyinin lazımı cavab verməməsi ikili standartlarla bağlıdır

«Ermənistanın təcavüzkar hərəkətlərinə dünya birliyinin lazımı cavab verməməsi mövcud olan ikili standartlar, erməni lobbisi və diasporunun fəaliyyəti ilə bağlıdır». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

 M.Qasımlı bildirib ki, beynəlxalq təşkilatlar Ermənistana qarşı yumşaq münasibət göstərir.

«Necə olur, Ukrayna məsələsində Rusiyaya qarşı sanksiyalar tətbiq edilir, İraq Küveytə müdaxilə edərkən bombardılman edilir, Liviyaya bir gecə içərisində müdaxilə olunur? Nədən Ermənistanın bu təcavüzünün qarşısının alınması üçün dünya birliyi tədbirlər görmür? Hesab edirəm ki, bu gün Ermənistan beynəlxalq hüquq normalarından doğan prinsipləri ayaq altına atan, BMT Nizamnaməsini kobud şəkildə pozan, terroru dövlət səviyyəsinə qaldıran ölkə olduğundan ona qarşı sanksiyalar tətbiq edilməlidir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin yerinə yetirilməsi Ermənistan rəhbərliyindən tələb olunmalıdır» - deyə, M.Qasımlı qeyd edib.