YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir

«Azərbaycan son illər ərzində böyük inkişaf yolu keçdib. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan milli iqtisadiyyatımız Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində daha da sürətlə inkişaf edir. Eyni zamanda, ölkəmizdə sahibkarlığın inkişafına da xüsusi diqqət göstərilir». Bu fikirləri iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahənin inkişafına verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir. Onun sözlərinə görə, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılıb və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunub.

«Sənəddə aidiyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün müvafiq təkliflərin hazırlanması tapşırılıb. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi fərmanda verilmiş tapşırıqların icrası ilə bağlı təkliflər paketini hazırlayıb və aidiyyəti dövlət qurumlarına təqdim edib»- deyə, nazir müavini qeyd edib.

DİGƏR Xəbərlər Arxiv