YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xanhüseyn Kazımlı: Regionlarda davamlı şəkildə insanların məşğulluğu imkanları artırılır

«Azərbaycanda 2004-cü ildən bəri tarixi əhəmiyyət daşıyan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsi ölkəmizdə yeni reallıqlar yaradıb». Bu fikri Milli Məclisin deputatı Xanhüseyn Kazımlı deyib.

X.Kazımlı bildirib ki, hazırda respublikanın hər bir bölgəsi istər abadlığı, istərsə də zəruri infrastruktur təminatı baxımından kifayət qədər yüksək səviyyəsi ilə diqqəti cəlb edir. Onun sözlərinə görə, regionlarda davamlı şəkildə insanların məşğulluğu imkanları artırılır.

«Təbii ki, aqrar sahənin inkişafı da əhalinin məşğulluğunun artırılmasında vacib rol oynayır. Yeni su anbarların və suvarma sistemlərin tikilməsi, yol infrastrukturunun yenidən qurulması, enerji stansiyaların və nəql xətlərin müasirləşməsi, yeni texnikaların alınması və sair icra olunması, regionlarda pambıqçılığın, baramaçılığın, tütünçülüyün və digər sahələrin inkişafına təkan verib. Bu, həm də ölkədə işsizlik probleminin birdəfəlik həll olunması üçün yeni imkanlardır. Xüsusilə pambıqçılığın inkişaf etdirilməsi hər şeydən əvvəl sosial layihədir. Əgər onminlərlə insan pambıqçılıqda məşğul olaraq evinə qazanc apara bilirsə , bu insanların güzəranının yaxşılaşmasına xidmət etmək deməkdir»- deyə, X.Kazımlı qeyd edib.