YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Ermənistanda terror dövlət səviyyəsində həyata keçirilir

«Ermənistanda terror dövlət səviyyəsində həyata keçirilir». Bu fikri AŞPA-nı komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, ermənilərin azərbaycanlılara və qeyri-ermənilərə qarşı həyata keçirdikləri terror siyasətinin ağır nəticələrini dünyanın gündəminə daha fəal və ardıcıl şəkildə gətirməliyik.

«Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizini işğal edib. Bu işğal nəticəsində 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Artıq neçə illərdir ki, Ermənistan işğal altındakı nəzarətsiz ərazilərdən terrorçuların hazırlanması və təlim keçmələri, həmçinin narkotik bitkilərin yetişdirilməsi və tranziti məqsədilə istifadə edir. Azərbaycan xalqının əsrlər boyu yaratdığı maddi mədəniyyət nümunələrinin işğal altındakı ərazilərdə ermənilər tərəfindən vəhşicəsinə dağıdılması və yaxud özününküləşdirilməsinə cəhdlər göstərilməsi terrorun xüsusi bir formasıdır. Bütün bu faktlar onu deməyə əsas verir ki, Ermənistanda terrorun dəstəklənməsi ayrıca bir ideologiya kimi dövlət və milli səviyyəyə qaldırılıb»- deyə, S.Qafarova qeyd edib.

DİGƏR Xəbərlər Arxiv