YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Hər bir dövlət öz vətəndaşlarını terror təhlükəsindən qorumağı bacarmalıdır

«Beynəlxalq təşkilatların terrorizmi pisləyən çoxsaylı bəyanat və qətnamələrin qəbul edilməsinə baxmayaraq, həmin sənədlərdə terror fəaliyyətinin effektiv şəkildə aradan qaldırılmasına  yönələn mexanizmlər yoxdur». Bu fikri ATƏT Parlament Assembleyasının vitse-prezidenti, Milli Məclisin deputatı  Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, bu gün hər bir dövlət öz vətəndaşlarını terror təhlükəsindən qorumağı bacarmalıdır. Onun sözlərinə görə, bu, dövlətlərin təkcə hüququ deyil, eyni zamanda vəzifəsidir.

«Dünya birliyi, ayrı-ayrı ölkələr  beynəlxalq terrorla mübarizədə öz səy və potensialını birləşdirməli və “ümumi düşmənlə” effektiv şəkildə mübarizə aparmalıdır. Lakin, dövlətlər elə etməlidir ki, terrorizmlə mübarizə tədbirləri zamanı insan hüquqları və humanitar standartlar pozulmasın, başqa sözlə, demokratik dəyərlər və insan hüquqları terrorla mübarizəyə  qurban edilməsin.  Əksinə, terrora qarşı mübarizədə yeganə uzunmüddətli və səmərəli vasitə BMT Nizamnaməsi, insan hüquqları haqqında beynəlxalq razılaşmalar və Cenevrə Konvensiyaları kimi ən mühüm beynəlxalq sənədlərdə göstərilən insan hüquqları, demokratiya və sosial ədalətə real həyatda əməl etməklə ciddi nailiyyətlər əldə etmək olar»- deyə, A.Quliyev vurğulayıb.