YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bob Dadli: Azərbaycan BP şirkəti üçün regionda vacib və aparıcı tərəfdaşdır

Azərbaycan BP şirkəti üçün regionda vacib və aparıcı tərəfdaşdır.

Bunu “Petroleum Intelligence Weekly” jurnalına müsahibəsində BP-nin baş direktoru Bob Dadli deyib.

Onun sözlərinə görə, BP-nin iştirakı ilə Azərbaycanda iki iri layihə həyata keçirilir. “İlk növbədə biz bütün tərəfdaşlar adından “Azəri-Çıraq-Günəşli” (AÇQ) neft yataqları blokunun hasilatı üzrə müqavilənin 2050-ci ilədək artırılması ilə bağlı niyyət məktubu imzalamışıq. Bu ilin sonunadək müqavilənin detallarını müzakirə edəcəyik. Bundan başqa isə “Şahdəniz” qaz yatağının işlənməsi üzrə layihə icra olunur. Bu layihənin icrası iş qrafikini qabaqlayır. Hazırda Türkiyədə və Yunanıstanda işlər aparılır. Bütün bunlara əlavə olaraq BP Xəzərdə geniş ərazidə kəşfiyyat işləri aparır”.

B.Dadli AÇQ üzrə hazırkı müqavilə müddətinin 2024-cü ildə başa çatacağını və yeni müqavilənin bu ilin sonunadəkl hazır olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, BP Azəri-Çıraq-Günəşli layihəsində 35,8 faiz, Bakı-Tbilisi-Ceyhanda (BTC) 30,10 faiz, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəmərində 28,8 faiz iştirak payına malikdir.