YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etmək gücündədir

Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu, habelə Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman obrazını nümayiş etdirdi. Bu döyüşlər zamanı Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrinin təxribatlarına tutarlı cavab verərək nəyə qadir olduğunu göstərdi.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev deyib.

R.Rzayev qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə bildirdiyi kimi, bu gün Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır.

“Aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə köçmək istəyən vətəndaşlarımızın sayının artması ermənilərin dünya ictimaiyyəti qarşısında “azərbaycanlılar öz doğma torpaqlarına qayıtmaq istəmir” kimi yalanlarını da ifşa etdi. Dünya ictimaiyyəti bu mifin Ermənistanın cinayətkar hakimiyyəti tərəfindən yaradıldığının, Azərbaycan gənclərinin öz torpaqlarını unutmadıqlarının, hər an döyüşə hazır olduqlarının şahidinə çevrildi”, - deyə deputat qeyd edib.

R.Rzayev bildirib ki, bu gün Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etmək gücündədir. Ali Baş Komandanımızın vurğuladığı kimi, bu gün Azərbaycan Ordusu o qədər güclüdür ki, bu gün bizim o qədər güclü texnikamız, silah-sursatımız, müasir silahlarımız var ki, düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırıq. Münaqişə zonasında situasiyanın artıq Ermənistanın xeyrinə olmadığını işğalçı ölkənin rəhbərliyi də yaxşı bilir. Ümumilikdə aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni vəziyyətin yaranmasına və Azərbaycanın böyük üstünlük qazanmasına səbəb oldu.