YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Professor Akkan Suver: Azərbaycan torpaqlarının bir qismini işğal altında saxlamaq Ermənistana yaxşı heç nə vəd etmir

Son günlər işğalçı dövlətin atəşkəs rejimini daha intensiv pozmasının məqsədi Azərbaycan tərəfinin davam etdirdiyi sülh danışıqlarına əngəl yaratmaqdır.

Bu sözləri Ermənistan silahlı qüvvələrinin son günlər cəbhə xəttində təxribatlarına münasibət bildirən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru, professor Akkan Suver deyib.
Azərbaycanın sürətli inkişafını yüksək dəyərləndirən Professor Akkan Suver qeyd edib: “Ümummilli lider Heydər Əliyevin sülh və sabitliyin qorunması istiqamətində həyata keçirdiyi strategiya təkcə Azərbaycan üçün yox, bəşəriyyət üçün əhəmiyyət daşıyan irsdir. Bu strategiya xalqların dinc şəraitdə yaşamasını təmin edən idarəçilik nəzəriyyəsidir. Prezident İlham Əliyevin əzmlə davam etdirdiyi bu siyasət Azərbaycanı dünyada daha da şöhrətləndirib. Azərbaycan həm də öz təhlükəsizliyini təmin etmək üçün güclü ordu yaradıb. Təcavüzkar tərəf yaxşı anlayır ki, Azərbaycan torpaqlarının bir qismini işğal altında saxlamaq Ermənistana yaxşı heç nə vəd etmir. Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə yolu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə aradan qaldırılmasıdır. Ermənistan hakimiyyəti uzun illərdir ki, öz xalqını aldadıb. Ermənilər cəbhədə vəziyyəti gərginləşdirməklə Azərbaycanın bütün xalqlara dinc və sabit şəraitdə yaşamaq üçün verdiyi zəmanətə olan inamı azaltmaq istəyirlər”.