YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycanda sahibkar qadınlar iqtisadiyyatın bütün sahələrində çalışırlar

Azərbaycandakı sahibkarların 17 faizini qadınlar təşkil edir. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, ölkədə sahibkar qadınların sayı daha da artmalıdır. Onun sözlərinə görə, hazırda bu proses gedir.

Bunun üçün ölkədə lazımi şəraitin olduğunu deyən H.Hüseynova qeyd edib ki, Azərbaycanda sahibkar qadınlar iqtisadiyyatın bütün sahələrində çalışırlar.

«Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit şərait yaradılıb. Ötən il ərzində ölkədə 430 sahibkar qadına 9 milyon manatdan çox kredit verilib»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.