YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: Aprel döyüşləri göstərdi ki, Azərbaycan işğal faktı ilə barışmayacaq

«Ermənistan rəhbərliyi ötən ilin 1-5 aprel tarixində cəbhə xəttində növbəti təxribat törədərək vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışıb. Lakin Azərbaycan Ordusunun düşmənin təxribatlarının qarşısını layiqincə aldı». Bu fikirləri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, nəticədə düşmən tərəf xeyli itki verib,  2000 hektara yaxın ərazimiz, o cümlədən Lələtəpə və Talış yüksəklikləri geri qaytarılıb. Onun sözlərinə görə, döyüşlər nəticəsində silahlı qüvvələrimizin on minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazanması da Ermənistanın niyyətlərini puç edib.

«Aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək əzmi və iqtidarındadır. Bütövlükdə, aprel döyüşləri zamanı Azərbaycan Ordusu Ermənistanın təxribatçı hərəkətlərinin qarşısını layiqincə almaqla yanaşı, həm də qarşıya qoyulan hədəflərə nail oldu. Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda bütövlükdə sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. İşğalçı Ermənistan isə bütün çağırışlara qeyri-konstruktiv reaksiya verməklə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur. Yaranmış yeni hərbi-siyasi şərait Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir. Əks halda, işğalçı tərəf yenə də Azərbaycan Orudusunun gücünü görəcək»-deyə, B.Səfərov vurğulayıb.