YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Teruyuki Katori ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Teruyuki Katori ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfir etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Teruyuki Katorini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Teruyuki Katori iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub, xüsusilə siyasi və enerji sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında iqtisadi, mədəni, turizm, nəqliyyat, kənd təsərrüfatı, humanitar, əczaçılıq və tibb sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.

Nazir Yaponiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin təqdir edildiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.