YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri arasında əlaqələr müzakirə olunub

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-leytenant Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tərəflər iki ölkənin silahlı qüvvələri arasında əlaqələrin perspektivlərini müzakirə edib və hərbi əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.