YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti Türkiyənin Beynəlxalq Dostluq Mükafatı ilə təltif olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin İstanbul şəhərinin Çekmeköy bələdiyyəsinin aylıq nəşri olan “Çekmeköy 2023” jurnalının təsis etdiyi Beynəlxalq Dostluq Mükafatı ilə təltif edilib.

Dövlətimizin başçısı bu mükafata 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınması, qardaş ölkədə dövlətçiliyin, qanuni hakimiyyətin qorunması ilə bağlı göstərdiyi qətiyyətli mövqeyə görə layiq görülüb.

Mükafatı aprelin 5-də İstanbulun “Çırağan” Sarayında təşkil olunan təntənəli mərasimdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev qəbul edib.

Baş konsul deyib ki, Azərbaycan Prezidentinə verilən bu mükafat Türkiyə xalqının dövlətimizin başçısına olan tükənməz sevgisinin bir nümunəsidir.

Mərasimdə rəsmi şəxslər, Türkiyə ictimaiyyətinin tanınmış simaları, görkəmli elm və sənət adamları, QHT və KİV təmsilçiləri iştirak ediblər.