YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Azərbaycanda regionların inkişafı uğurla davam edir

«Azərbaycanda regionların inkişafı uğurla davam edir». Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, hazırda bölgələrdə abadlıq və quruculuq işləri ardıcıl olaraq həyata keçirilir. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı məsələləri  dövlət başçısının xüsusi diqqətindədir.

«Prezident İlham Əliyev mütəmadi olaraq bölgələrə səfərlər edir və görülən işlərlə şəxsən tanış olur. Dövlət başçısı regionların inkişafı ilə bağlı ardıcıl olaraq qərarlar verir. Ümumilikdə, respublikanın sosial-iqtisadi inkişafı müstəvisində regionlarda ciddi dəyişikliklər baş verib. Dövlət proqramları çərçivəsində görülən genişmiqyaslı işlər regionların qarşıdakı illərdə inkişafı üçün möhkəm zəmin yaradıb və bundan sonra da yaradacaq»-deyə, komitə üzvü vurğulayıb.